Hicran Nəsirova: “Efirlərdə sosial verilişlərə baxmaqdan bezmişik” – VİDEO 

Hicran Nəsirova: “Efirlərdə sosial verilişlərə baxmaqdan bezmişik” – VİDEO 

Hazırda oxunan: Hicran Nəsirova: “Efirlərdə sosial verilişlərə baxmaqdan bezmişik” – VİDEO 

166850

“Hansı kanalı açırsan, efirlərdə ictimai-sosial verilişləri görürsən. Rayonlarda, kəndlərdə insan qalmayıb. Hamısı axın edib bu proqramlara. Həmin verilişlərin adları və aparıcıları dəyişir, amma məzmunları eyni olaraq qalır. İnsan onlara baxmaqdan artıq bezir. Əvvəllər mən özüm o verilişlərə gedib, ekspert qismində çıxış edirdim. İndi isə o proqramlara getmirəm və getmək də istəmirəm. Çünki orada çox ağır mühit və aura var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Hicran Nəsirova qonaq olduğu “Gün işığında” səhər verilişində deyib. 

Sənətkar efir məkanında yayımlanan ictimai-sosial verilişləri və ora yardım məqsədi ilə gəlib, dava salan şikayətçiləri tənqid edib: 

“1980-1990-ci illərdə televiziyada teatrlara, aktyorlara, bədii filmlərə həsr olunan verilişlər vardı. Həmin proqramlar insanları savadlandırırdı. İndi insanlar müxtəlif problemləri ilə bağlı həmin ictimai-sosial verilişlərə gəlirlər. Elə bil ki, onların yaşadıqları yerlərdə polislər, icra hakimiyyəti, bələdiyyə işləmir... Və ya orada vəkil yoxdur? Hamı hücum çəkir bu verilişlərə. İş o yerə gəlib çatıb ki, şikayətçi verilişə gəlir, aparıcıya, qonaqlara hücum çəkir. Sanki hamı o şikayətçilərə borcludur”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO