Müğənni Gülay Zeynallı qızı Sahilə ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi övladının 12 yaşı tamam olması münasibəti ilə ona dəmdəzgahlı doğum günü məclisi keçirib.
Məclisdən görüntüləri Gülay sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Kadrlarda Gülayın həyat yoldaşı, fitnes məşqçi Kamil Zeynallı da yer alıb. Müğənninin uzun zamandan sonra əri ilə bərabər görüntülərini paylaşması isə sosial şəbəkədə maraqla qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media