"Söz-söhbətlər yayılmışdı ki, güya mənə deputat (Ağalar Vəliyevi nəzərdə tutur - red.) ev bağışlayıb. Halbuki, o yaşadığım evi özüm almışam. Yazıq canım... Bəzən də özlərinə brilliantlar, bahalı avtomobil gətizdirənləri görmüşük. Amma şəxsən mən görməmişəm ki, hansısa verilişdə kiməsə nəsə real gətirib bağışlasınlar".
Bizim.Media xəbər verir ki, bu sözləri "Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Sənətçi bildirib ki, ona real həyatda ev və avtomobil hədiyyə olunub:
"Söhbət verilişdə müğənniyə real hədiyyə bağışlamaqdan gedir. Həyatda əlbəttə ki, belə şeylər olur. Guya ki, mənə həyatda hədiyyə eləməyiblər? Bu zamana kimi idarə etdiyim avtomobilləri mənə hədiyyə ediblər. Real həyatda mənə ev də, avtomobil də bağışlayıblar".
Günel ictimai nəqliyyatdan istifadə edib, efirdə isə yalandan bahalı villasının olduğunu söyləyən həmkarlarını məsxərəyə qoyub:
"Misal üçün mən necə yalandan çıxıb deyim ki, 100 minlik avtomobil, 300 minlik ev almışam. Bunları da özüm işləyib almışam. Bu, mümkün deyil... Lap toya yarım saatlıq maksimum 10-15 min manata get... Sənin gözəllik salonuna getməyin, geyinməyin və s. məsələlər var. Sənin qadın pərəstişkarın olar, hansısa bir ailənin sevimlisi ola bilərsən, kiminsə xoş günündə gəlib iştirak edə bilərsən. Qarşı tərəf jest edə bilər, bu başqa. Bəzən baxıb görürsən ki, avtobusla gedib-gəlir, efirdə yarım milyonluq villasını nümayiş edir. Danışanda da deyir ki, “öz əziyyətimlə bunları almışam”. Bu, necə olur?".
Rəşad Əliyev, Bizim.Media