“Bayağı ifaçıları səhnədən yığışdırmaq olmaz. Qoy oxusunlar da... Harada qırıldı-qırıldı... Bu sənət elə bir sənətdir ki, ifaçı oxuyur və görür ki, bu sənətə dəxlisi yoxdur. Elə orada da qırılır...”
Bizim.Media xəbər verir ki, bu sözləri Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktrisası, Əməkdar artist Almaz Ələsgərova qonaq olduğu “10-da görüşək” səhər verilişində deyib.
Sənətçi bildirib ki, bayağı ifaçıların populyarlaşmasında ən böyük səbəb sosial şəbəkələrdir:
“Bayağı ifaçıların heç zaman qarşısını almaq olmaz. O sualı siz aparıcılar bir dəfə verdinizsə, bir daha verməyin. Çünki sosial şəbəkələr çoxdur... Əvvəllər də bayağı ifaçılar olub. Amma efirlər az olduğu üçün onları efirə buraxmayıblar. Amma indi bayağı ifaçılar və bayağı mahnılar sosial şəbəkələrdə qəbul olunur. Çünki orada hər səviyyədə elə insanlar var. Rəfiqələrim var, deyirlər ki, filan mahnıdan xoşum gəldi. Dinləyirsən həmin mahnını qəbul edə bilmirsən, bu mahnının ümumiyyətlə dəxlisi yoxdur... Nə musiqisi, nə dəki sözləri...
Axı bu mahnı necə insana xoş gələ bilər? Cavab verir ki, mahnıdan xoşum gəlir. Görün elə insanlardan nə qədər var... Hətta həmin insanlar toy edəndə də elə bayağı müğənniləri məclislərinə dəvət edirlər. Deyir ki, o mənim sevimli müğənnimdir. O da toya gəlir, toydan toy tutub gedir. Elə də populyarlaşır”.
Rəşad Əliyev, Bizim.Media