"Həyatı necə yaşayacağımızı özümüz seçirik. Birimiz hər günümüzə sevinərək, sevincimizə və ağlamağımıza, əlimizdə olana və olmayana minlərcə şükr edərək yaşayırıq".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi həyatlarını şayiələrə həsr edən insanları qınayıb:
"Bəziləri də bir tikə ömürlərini öz inkişaflarına yox, qeybət, dedi-qoduya həsr edib, boşluq və qaranlıqda, paxıllıq, cahillik, savadsızlıq quyusunda boğulmağı seçirlər. Yazıq..."
Qeyd edək ki, son zamanlar Tünzalə Ağayeva sosial şəbəkələrdə açıq-saçıq geyimlərinə görə müzakirə predmetinə çevrilib. Bir neçə gün əvvəl müğənni Kərim Abbasov verilişlərin birində "Tünzalə Ağayeva özünü hamıdan üstün tutub, həmkarlarını alçaltmağı sevir" açıqlaması ilə Xalq artistinin ünvanını "daş-qalaq" edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:24 / 26.11.2023
Tünzalədən SƏRT SÖZLƏR: "Bəziləri savadsızlıq quyusunda boğulmağı seçirlər" - FOTO
Hazırda oxunan: Tünzalədən SƏRT SÖZLƏR: "Bəziləri savadsızlıq quyusunda boğulmağı seçirlər" - FOTO
Hazırda oxunan: Tünzalədən SƏRT SÖZLƏR: "Bəziləri savadsızlıq quyusunda boğulmağı seçirlər" - FOTO
166172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.