Yanğında dayısını itirən Cavidan Novruz: “Bu hadisəyə onun ürəyi dözmədi” – ÖZƏL 

Yanğında dayısını itirən Cavidan Novruz: “Bu hadisəyə onun ürəyi dözmədi” – ÖZƏL 

Hazırda oxunan: Yanğında dayısını itirən Cavidan Novruz: “Bu hadisəyə onun ürəyi dözmədi” – ÖZƏL 

165798

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib. Hadisədən sonra mərhum Xalq artisti Ramiz Novruzun qayını dünyasını dəyişib. Məsələ ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı R.Novruzun aktyor oğlu Cavidan Novruzla əlaqə saxlayıb. 

Çəkilişdə olduğunu söyləyən aktyor dayısını dəfn etmək üçün birazdan Biləsuvar rayonuna yola düşəcəyini açıqlayıb: 

“Bu səhəri heç də xoş olmayan xəbərlə açdıq. Dayım hadisədən sarsılaraq dünyasını dəyişib. Onun 57 yaşı vardı. Həmin ərazidə onun sexi fəaliyyət göstərirdi. Daha əvvəl də həmin bazarda yanğın olmuşdu. Yanğın nəticəsində dayımın sexi yanaraq kül olmuşdu.
Elə təzə-təzə özünə gəlmişdi, orada yenidən sex açmışdı, işləri düzəlmişdi ki, yenə də yanğın oldu. Dayım bu ikinci zərbəyə dözə bilmədi. Ürəyində problemlər vardı. Buna görə də müalicələr alırdı. Hazırda çəkilişdəyəm, birazdan Biləsuvar rayonuna yollanacağam. Onun böyük ailəsi, uşaqları və nəvələri var. Allah rəhmət eləsin”. 

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO