Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub. Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Bəstəkarlar və Yazıçılar Birliyinin üzvü, Əməkdar artist Elza Seyidcahanla əlaqə saxlayıb.
Elza məsələdən bixəbər olduğunu bildirib:
“Bu xəbəri ilk dəfə sizdən eşidirəm. Çox gözəl təşəbbüsdür. Buna görə isə təbii ki, Yazıçılar Birliyində çalışan hər birimiz cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu bizim yaradıcılığımıza verilən böyük dəyər və qiymətdir”.
Seyidcahan adının bu siyahıda olduğu halda evdən imtina edəcəyini vurğulayıb:
“Düzdür, adım bu 21 nəfərin içində olmasa da, ev alan hər bir AYB ailəsinin üzvünə təşəkkürümü bildirirəm. Düşünürəm ki, əgər adım bu siyahıda olsaydı, mən o evi qəbul etməzdim. Baxmayaraq ki, hamı bilir ki, mənim də evə ehtiyacım var. Çünki AYB-yə yenicə üzv olmuşam. Mən o evi burada çalışan və illərlə külüng vuran digər sənətkarlara bağışlayardım. O evi götürməyə utanardım... Çox istərdim ki, Bəstəkarlar İttifaqının üzvlərinə də ev verilsin. Təbii ki, o ittifaqdan mənə ev verilsəydi, məmuniyyətlə götürərdim, çünki artıq uzun illərdir ki, oranın üzvüyəm”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:37 / 20.11.2023
Elza Seyidcahan: “Yazıçılar Birliyi mənə ev versəydi, qəbul etməzdim” – ÖZƏL
Hazırda oxunan: Elza Seyidcahan: “Yazıçılar Birliyi mənə ev versəydi, qəbul etməzdim” – ÖZƏL
Hazırda oxunan: Elza Seyidcahan: “Yazıçılar Birliyi mənə ev versəydi, qəbul etməzdim” – ÖZƏL
165279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.