Nazilə Səfərli: “Dua edirəm ki, Fatimə məndən gec üzr istəsin” – VİDEO 

Nazilə Səfərli: “Dua edirəm ki, Fatimə məndən gec üzr istəsin” – VİDEO 

Hazırda oxunan: Nazilə Səfərli: “Dua edirəm ki, Fatimə məndən gec üzr istəsin” – VİDEO 

165247

“Mən rəqqasə Fatimə Fətəliyevaya məhkəmədə qalib gəldim. Fatimə hələ də məndən üzr istəməyib. Dua edirəm ki, Fatimə gec üzr istəsin. Onu Azərbaycan qanunları ilə bənd-bənd tanış etmək istəyirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli ARB televiziyasına müsahibəsində deyib. 

Sənətçi bir müddət əvvəl məhkəmədə qalib gəldiyi rəqqasə Fatimə Fətəliyeva ilə barışmaq niyyətində olmadığını söyləyib: 

“Mən o insanla niyə barışmalıyam ki? Birdir, ikidir, üçdür... Artıq boğazıma qədər dirəndim. İnsan nə qədər zərbə yeyər. O dalaşır, ağzına gələni deyir, sonra da... Önümdəki insan qışqıranda həyatı boyu ona cavab vermirəm”. 
Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsində də Nazilə Fatiməyə qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir. 
 


Rəşad Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO