Müğənni Rahidə Baxışova həmkarı Rəvan Qarayevlə aralarında olan küsülülükdən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "El canlı" axşam şousunda bildirib ki, Rəvan onu "Instagram" sosial hesabında “qara siyahı”ya atıb.
"Gördüm ki, Rəvan məni “qara siyahı” atıb, mən də onu “qara siyahı”ya atdım. Sonra o, məni “qara siyahı”dan çıxartsa da, eyni addımı atmadım. Onu elə “qara siyahı”da saxladım. Rəvan sənət yoldaşımdır. Biz dəfələrlə xarici ölkələrdə qastrollarda, tədbirlərdə olmuşuq. Rəvanın yol yoldaşlığı həddən artıq yaxşıdır.
Bizim çox yaxşı münasibətimiz olub. Bir də görürdün ki, depressiyaya düşürdü zəng edib deyirdi ki, “Rahidə gəl, özümü çox pis hiss edirəm. Mənə kömək elə, təsəlli ver”. Dəfələrlə onun yanına getmişəm. Çünki həqiqətən də Rəvanın xətrini çox istəyirəm. Onunla Moskvaya da getmişdik", - deyə R.Baxışova vurğulayıb.
- A-
- A
- A+
Şoutaym
00:57 / 17.11.2023
Rahidə Rəvanla küsülü imiş: "Məni birdən-birə “qara siyahı”ya salmışdı" - VİDEO
Hazırda oxunan: Rahidə Rəvanla küsülü imiş: "Məni birdən-birə “qara siyahı”ya salmışdı" - VİDEO
Hazırda oxunan: Rahidə Rəvanla küsülü imiş: "Məni birdən-birə “qara siyahı”ya salmışdı" - VİDEO
164733
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.