Müğənni Xuraman Şuşalı açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində bildirib ki, iştirak etdiyi bəzi qadın məclislərində xanımlar içki içirlər.
“İslam dini deyir ki, icki məclislərinə getmək haramdır. İçki və içki məclislərinə xidmət etmək haramdır. Məsələn, 10 il bundan əvvəl 5000 manata toylara gedirdim. İslama gəldikdən sonra, qapandım, başımı bağladım və içki məclislərinə deyil, yalnız qadın məclislərinə yarı qiymətə getməyə başladım.
Lakin bugünkü günümüzdə bütün xanım məclislərinə, bura aid edə bilmərəm, amma bəzi məclislərdə xanımlar içki içirlər. Onda mən 5000 deyil, yarı qiymətə 2500 manata içki məclisinə xidmət edirəm?” – deyə, Xuraman vurğulayıb.
İlahiyyatçı Elşad Miri isə Xuramanın bu sualına “Məni bu verilişə dəvət ediblər. Mən də gəlmişəm. Burada da kimsə içki içdi, mən günahamı girəcəyəm? Təbii ki, yox” deyə cavabını verib.
- A-
- A
- A+
Şoutaym
14:46 / 15.11.2023
Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər” – VİDEO
Hazırda oxunan: Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər” – VİDEO
Hazırda oxunan: Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər” – VİDEO
164501
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.