Amerikalı aktrisa və model Paris Hilton bu il yanvarın sonunda surroqat ananın köməyi ilə dünyaya gələn oğlu Fenikslə yeni fotolarını yayımlayıb.
Bizim.Media xəbər verir ki, 42 yaşlı məşhur “Sezam küçəsi” filmindən “Korjik” personajının kostyumunda geyindirdiyi oğlu ilə obyektiv qarşısına keçib.
“Düşünürəm ki, mən uşaq geyimlərinə aludə olmuşam. Özümü saxlaya bilmirəm!”, - deyə Paris sosial şəbəkə hesabında paylaşdığı fotolara şərh yazıb.
Xatırladaq ki, Hiltonun bu yaxınlarda doqquz aylıq oğlunun “Burberry” kostyumunda paylaşdığı fotolar söz-söhbətə səbəb olub. Şəkillərin altında izləyicilər uşağın görünüşü və başının qəribə forması haqqında çoxlu mənfi şərhlər yazıblar. Ulduz nifrət edənlərin hücumlarına dözməyib və tənqidlərə belə cavab verib:
“Bu dünyada nə qədər xəstə insan var. Mənim mələyim tam sağlamdır. Bəli, təbii ki, onu həkimə apardım, sadəcə olaraq böyük beyni var”.
O vaxtdan Paris oğlunun başı örtülü fotolarını dərc etməyə üstünlük verir. Qeyd edək ki, Paris Hilton və onun çoxdankı sevgilisi Karter Reum üç illik görüşdən sonra 2021-ci ildə evləniblər. Cütlük ilk dəfə 2023-cü ilin əvvəlində valideyn olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:46 / 15.11.2023
Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı
Hazırda oxunan: Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı
Hazırda oxunan: Paris Hilton oğlunun yeni FOTOLARINI paylaşdı
164431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.