Ruhəngiz Allahverdiyeva: “Şişdiyimə görə məni Bülənt Ərsoya oxşadırlar” – VİDEO 

Ruhəngiz Allahverdiyeva: “Şişdiyimə görə məni Bülənt Ərsoya oxşadırlar” – VİDEO 

Hazırda oxunan: Ruhəngiz Allahverdiyeva: “Şişdiyimə görə məni Bülənt Ərsoya oxşadırlar” – VİDEO 

164291

“Məni Türk dünyasının divası Bülənt Ərsoya bənzədirlər. Onun sənəti də mənimkindən böyükdür. Ola bilər ki, biraz şişmişəm, ona görə məni Büləntə oxşadırlar. Onun sənəti yüksəkdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi sosial şəbəkə əhlinin məşhurları atdıqları addımlara görə tənqid və təhqir etmələrini pisləyib: 

“Azərbaycanın gözəl insanları, bəsdirin, sənətkarları ortaya qoyub, qəlblərinə dəydiniz. Onlar sizin toylarınızda şənlik, müsbət enerji bəxş edirlər. Sosial şəbəkədə izləyicilər həkimindən tutmuş müğənniyə kimi hamını yıxıb sürüyürlər. Sizin nə ixtiyarınız var ki, bizim kimi sənətçilərin xətrinə dəyəsiniz? Onlar öz nəslindəkiləri analiz etsələr, görərlər ki, öz zibilləri hamıdan çoxdur. Hər kəs özünə cavabdehdir. Bəsdirin, ona-buna lağ etdiniz”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO