"Ömür gün yoldaşım Şamama xanım müəllimədir. O da mən də qızımıza çox sözlər deyirdik. Kürəkənim çox qabiliyyətli insandır. Onu öz doğma oğlumdan daha çox istəyirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağalar Bayramov qonaq olduğu "7 tamam" axşam şousunda deyib.
Sənətkar həkim-endokrinoloq qızı Gülərlə aralarında yaşanan mübahisədən söz açıb. Qiraətçi bildirib ki, qızı həyat yoldaşına acıqlandığı üçün onu 6 ay danışdırmayıb:
"Günlərin bir günü qızım və kürəkənim bizə qonaq gəlmişdirlər. Onlar 1-2 ildir idi ki, ailə qurublar. İki mərtəbəli evdə qalıram. Qızımın xəbəri yox idi ki, birinci mərtəbədə oturub kompüterlə məşğul olurdum. Gördüm ki, qızım həyat yoldaşına acıqlı cavab verir. İnanın, tam çılpaqlığı ilə deyirəm. Qızıma söylədim ki, dur rədd ol buradan. Lakin kürəkənim dedi ki, “deməyin belə…” Qızıma dedim ailə həyatı qurandan sonra gəlib evimdə həyat yoldaşının üstünə qışqırırsan".
Xalq artisti vurğulayıb ki, həkim qızı övladının ad günündə ona zəng vurub, etdiklərinə görə üzrxahlıq etdiyi üçün onu bağışlayıb:
"Qızımın ilk övladının adı Gülnurdur. Mən 6 ay qızımı o hadisəyə görə danışdırmadım. O hadisədən sonra da bizə gəlmədi. Çünki bilir ki, ondan küsmüşəm. Amma nəvəm Gülnurun doğum günü mənə zəng vurdu. O, ağlayaraq söylədi ki, “ata məni bağışla”. Özümü saxlaya bilmədim və hönkür-hönkür ağladım. Ona "rədd ol" söyləməyim tərs şillə idi".
Ağalar Bayramov həmçinin söyləyib ki, qız ərköyünlüyünü ər evində göstərməməlidir:
"Buradan qız böyüdən və qız köçürən atalara səslənib deyirəm ki, ola bilər ki, qızın heç bir təqsiri olmasın. Amma qız getdiyi ocaqda... Elə oradan da həyat yoldaşı ilə birgə çıxmalıdır. Bunu belə başa düşürəm. Bu cür qızıma öyüd-nəsiyyət verdim. Nəvəmin ad günündə qızımla barışdım. Ona canım qurban. Qızım həkimdir-endokrinoloqdur. Qızım Gülər Bayramova idi ərə gedəndən sonra oldu Gülər Niftəli. Başım ağrıyan kimi qızım Gülər mənim səhhətimi soruşur. Qızların nə ərköyünlüyü varsa, ata evində qalmalıdır, ər ocağında olmamalıdır".
- A-
- A
- A+
Şoutaym
20:24 / 13.11.2023
Xalq artisti: "Qızım ərinə acıqlandığı üçün "rədd ol" deyib, onu 6 ay danışdırmadım" - VİDEO
Hazırda oxunan: Xalq artisti: "Qızım ərinə acıqlandığı üçün "rədd ol" deyib, onu 6 ay danışdırmadım" - VİDEO
Hazırda oxunan: Xalq artisti: "Qızım ərinə acıqlandığı üçün "rədd ol" deyib, onu 6 ay danışdırmadım" - VİDEO
164221
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.