Xəbər verdiyimiz kimi, meyxanaçı Samirə Yusifqızının məclislərin birində oğlanlarla rəqs etməsi videosu gündəm olub. Sözügedən məsələnin “Elgizlə izlə” ictimai-sosial verilişin canlı efirində müzakirəsi zamanı jurnalist Ramilə Sultan sərt şəkildə Samirə Yusifqızını tənqid edib və tərəflər arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, efirdə baş verən hadisəyə şairə Nazilə Səfərli sosial şəbəkə hesabında münasibət bildirib.
Nazilə videoaçıqlama yayaraq proqramın aparıcısı Elgiz Əkbəri və jurnalist Ramilə Sultanı qınayıb, Samirənin isə müdafiəsinə qalxıb:
“Gənc, gözəl bir qızın, meyxanaçı Samirə Yusifqızının şıltaq rəqsinə görə “qabağına qoyub” döymədiyi qaldı. Kənarda məhz belə görsənirdi. Lap belə Samirə rəqsi ilə “ağını” çıxarıb... Elgiz Əkbər, niyə icazə verirsən ki, sənin efirində dəyərli insanları belə incitsinlər?
“Duxunuz” çatır, belə “bombasınızsa”, gedib o alt paltarında səhnəyə çıxanlar var, gedin sözünüzü onlara deyin. Nə oldu, kasıb əlində qoğal çirkin görsəndi? Bu yetim qara günlə bir təhər tarazdıyır, axşamı səhərə qatır, nə etmişdi ki? Ömründə bir dəfə rəqs edib, onu da burnundan gətirirsiniz. Etiket və subordinasiya deyə bir şeylər var. Bəsdirin! Samirə Yusifqızının ağzını açmağa heç imkan belə vermədiniz. Belə etmək olmaz. Samirəyə yazığım gəldi”.
Rəşad Əliyev, Bizim.Media