Xalq artisti Aygün Kazımova imici və geyimi ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi qatıldığı məclislərin birinə üst hissəsi dərin sinə dekolteli karsetdən ibarət tulum geyinib.
Geyimin sinədən başlayaraq şalvarın ətəyinə kimi uzanan yan hissələri metal işləmələrlə bəzədilib.
Pop diva "Balenciaga" brendinə məxsus gümüşü boyunbaqları ilə obrazına şıklıq qatıb. Kazımovanın dəbdəbəli libasının müəllifi dünyaca məşhur dizayner və modelyer Rüfət İsmayıldır.
Rəşad Əliyev, Bizim.Media