Afaq Gəncəli:

Afaq Gəncəli: "Verilişimə görə məni ölümlə hədələyiblər" – VİDEO

Hazırda oxunan: Afaq Gəncəli: "Verilişimə görə məni ölümlə hədələyiblər" – VİDEO

163918

"Qalmaqalın içindən çıxırdım ki, ora düşməyim (gülür). İndi verilişim yoxdur deyə başım sakitdir. Amma hazırlaşıram... İmmunitetim hazırdır. Bütün sinir sistemim pisləşmişdi. Elə səhhətimdəki problemlər bundan sonra yarandı. Hər verilişdən sonra zənglər gəlirdi ki, bunu və bunları niyə efirə verdiniz?"

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli qonaq olduğu "10-da görüşək" səhər şousunda deyib.

Televiziya ulduzu aparıcısı olduğu maqazin verilişinə görə ölümlə hədələndiyini açıqlayıb:

"Uzağa getməyək, Türkiyə və Rusiyanın maqazin verilişlərinə baxanda hamımız deyirik ki, nə gözəldir, ulduzların şəxsi həyatından tutmuş, villasını, qarderobunu, evində çalışan işçisinə qədər hər şeyini göstərirlər. Hamıya bunlar maraqlı gəlir və onlardan danışırlar. Sıra gəlir, çatır bizə... İnsan halı, hər birimizin həyatında nələrsə baş verə bilər. Biz insanıq, ikinci dəfə də ailə həyatı da qura, evimizdə hər şeyi də göstərə bilərik. Bizdə hər şey təəccüb və heyrətlə qarşılanır və dərhal "olmaz" sözü deyilir. Əgər biz hər şeyi olduğu kimi, normal qəbul etsək... Real həyatda hamımız hər şeyi artıqlaması ilə ifratına qədər belə hər şeyi qəbul edirik. Amma sıra təqdimata gəlib çatanda "aydan arı, sudan duru" məsələsi ortalığa çıxır. Sənin abırın imkan vermir ki, ona deyəsən ki, ay insan bu axı belə deyil... Amma o utanmır sənə desin ki, bu belə deyil. Çox çətin məsələlərdir. Hətta mənə zəng vurub, ölümlə hədələyiblər. Sən çıxıb bunu desən, biz səni öldürəcəyik. Bu, boş söhbətlərdir".

Qeyd edək ki, Afaq Gəncəli illər əvvəl ATV kanalında "10lar" və "ATV maqazin 10larla" şou-biznes xəbərlərindən ibarət olan verilişlərin aparıcısı olub. Afaq ATV kanalından ayrılıb fəaliyyətini "Xəzər" kanalında davam etdirdikdə "Şourum" maqazin verilişinin aparıcısı olub.
Daha sonra veriliş yayımdan qaldırılıb. Afaq üç ilə yaxın həmkarı Tural Əsədovla "Səhər mərkəzi" verilişini aparıb. Səhhəti pisləşdikdən sonra aparıcı verilişdən ayrılmaq məcburiyyətində qalıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO