Müğənni Nazənin Salayeva ad çəkmədən düşmən olduğu həmkarı Təranə Qumralın "Üzərimdə geyim və aksesuarların qiyməti 52 min manatdır" deməsini tənqid edib.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
"Mən şişildilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları aksessuarlarının qiymətini şişildilmiş şəkildə deyirlər.
Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır (düşmən olduğu Təranə Qumralı nəzərdə tutur - red.). Amma sürdükləri avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda 5 gün yaşayırıq. Normal müğənnidirlər insan arasına çıxırlar, o 52 min dediyi saatı satıb özlərinə yaxşı avtomobil alsınlar.
Otursunlar o maşına həyatlarının keyfini çəksinlər. Qonşudan, rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər, "həşir" qatırlar özlərinə... Əziz tamaşaçılar onların elədikləri sizə görə deyil, bəzi digər müğənnilərə acıq vermək üçündür. Siz bunlar özünüzə götürməyin. Buna görə heç də əsəbləriniz körlanmasın.
Keçən səfər bir məclisdə idim. Mənə xanımlar yaxınlaşdılar söylədilər ki, məşhurların efirə çıxıb geyimlərinin qiymətlərini söyləməsi düzgün deyil. İndi həmin müğənnilərə resept versələr ki, gedin bu dərmanı imkansız şəxsə almaq lazımdır, onu almamaq üçün 50 bəhanə gətirəcəklər. Amma burada həqiqətən də şişildilmiş giymətlər deyilir. Axı bu göstərişlər nəyə lazımdır? Bu kimi şeyləri demək Allaha da xoş getmir. İnsanın adamlığı vicdanı, əxlaqı, yaşayışı gərək bahalı olsun. Qalanları boş şeylərdir. Belə şeylər efirdə danışıb insanları aldatmaq, ələ salmaq deməkdir", - deyə Nazənin vurğulayıb.
Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında qalmaqal 9 il bundan əvvəl keçmiş "ANS" telekanalının “Bazar səhəri” verilişində yaranmışdı.
Müğənni Təranə Qumral həmkarı haqqında “Nazənin 7 dəfə ərdə olub” deməsinin ardınca qarşı tərəf “Təranəni ərimlə tutmuşam” kimi şok açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi.
Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi barədə qərar qəbul etmişdi. Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Müğənnilər uzun illərdirdir ki, düşmən mövqeyindədirlər.
Rəşad Əliyev, Bizim.Media