"Beş qardaşım vardı. Onların hamısını itirdim. Hər qardaşımın vəfatı arasında iki il fərq oldu".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Beş qardaşını itirən sənətçi onları yada salaraq, göz yaşına boğulub. Nazənin bildirib ki, qardaşlarına ana əvəzi olub:
"İki qardaşımın dünyasını dəyişməsi məni daha çox yandırdı. Biri ailəmizin böyüyü olub. O, bizə atamız kimi olub. Digəri isə körpəlikdən saxladığım qardaşım, mənə övladım kimi əziz olub. Ağ ciyərindən xəstə idi. Bütün rayon camaatı bilir ki, onun sağalması üçün əlimdən gələni etdim. Qardaşlarımın ikisi suda boğularaq vəfat edib. Biri əsgərlikdən evə 4 ay gəlməyinə qalmış su nəqliyyatı "kater" vurub onu… Digəri isə göldə Rusiyanın Kalininqrad şəhərində boğularaq ölüb. Allah da şahiddir ki, qardaşlarıma ana əvəzi olmuşam. Olduqca ağrılı-acılı günlər çəkmişəm. Valideyinlərimi itirdim. Valideyin itkisindən sonra sanki biraz da böyüdüm. Valideyn olanda isə uşaq kimi olursan".
- A-
- A
- A+
Şoutaym
23:04 / 10.11.2023
Nazənin AĞLADI: "Beş qardaşım vardı, hamısını itirdim" - VİDEO
Hazırda oxunan: Nazənin AĞLADI: "Beş qardaşım vardı, hamısını itirdim" - VİDEO
Hazırda oxunan: Nazənin AĞLADI: "Beş qardaşım vardı, hamısını itirdim" - VİDEO
163837
Rəşad Əliyev, Bizin.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.