Xalq artisti Cavan Zeynallı ilə ailə qurmaq üçün Lətifə adlı xanım efirə çıxıb.
Bizim.Media xəbər verir ki, sözügedən hadisə “Elgizlə izlə” ictimai-sosial verilişində baş verib.
Rus və ingilis dillərini sərbəst bildiyini söyləyən Lətifə xanım C.Zeynallının gənc yaşlarından pərəstişkarı olduğunu dilə gətirib:
“Siz əsl cazmensiz. Siz royalda mükəmməl ifa edirsiniz. Cavan müəllim çox alicənab, gözəl insandır. Allah Röya xanıma rəhmət eləsin. Çox üzüldüm və məyus oldum onun vəfatına. Cavan müəllim sadiq və vəfalıdır. İnsanlar sizi çox sevirlər”.
Onun bu sözlərinə isə Xalq artisti belə cavab verib:
“Ayrı yolu yoxdur. Mən uşaqlıqdan beləyəm. Mən tək deyiləm. Mənim həm Qusarda, həm də Bakıda qohumlarım var. Onlar mənimlə ünsiyyətdə olurlar, zəngləşirik, görüşürük. Evimə gəlib yeməklər bişirirlər. Hərdən mən özüm yemək hazırlayıram. Bizim Lətifə xanımla münasibət qurmağımıza zaman, vaxt lazımdır. Siz isə tələsirsiniz. Bu işlər tələsməklə olmur”.
Qeyd edək ki, Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı vardır. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qurub. C. Zeynallının həyat yoldaşı Röya xanım ötən ilin dekabr ayında iflicdən dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media