“Cəzamı həbsxanada oxuya-oxuya çəkdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri Fədayə Laçın qonaq olduğu “7 tamam” axşam şousunda deyib.
Sənətçi həbsxanda keçirdiyi günlərini yada salıb:
“Yorğanımın altında ağlamışam. Yatanda, hamıdan xəlvət... Amma ağlamaq istəyəndə mahnı oxuyub sakitləşmişəm. Oradakılar ağlaşıblar, məndə oxumuşam. Həbsdə beş il qalmalı idim amma elə oldu ki, iki ildən sonra azadlığa çıxıb, səhnələrə qovuşdum”.
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.
Rəşad Əliyev, Bizim.Media