Məşhur xanəndələr İsa bulağının önündə mahnı oxudular – VİDEO 

Məşhur xanəndələr İsa bulağının önündə mahnı oxudular – VİDEO 

Hazırda oxunan: Məşhur xanəndələr İsa bulağının önündə mahnı oxudular – VİDEO 

163595

Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Məmmədova və Əməkdar artist Təyyar Bayramov Zəfər Günü ilə bağlı növbəti dəfə Şuşaya yollanıblar. 

Bizim.Media xəbər verir ki, sənətkarlar Şuşada yerləşən göz yaşı kimi şəffaf və buz kimi soyuq İsa bulağının önündə duraraq “İsa bulağı” adlı xalq mahnısını birlikdə ifa ediblər. 

Həmin anları isə M.İbrahimov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 
Qeyd edək ki, İsa bulağı Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulağın olduğu yer Şuşa şəhərindən o qədər də uzaq olmayan məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox gözəl mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Suyu buz kimi soyuq, faydalı, eləcə də büllur kimi dumdurudur. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO