“Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi “yedizdirsələr” o da “yeyiləcək”, təbliğ olunacaq, o zövqüdə formalaşdıracaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib.
Sənətçi bayağı müğənnilərin və onların oxuduğu bayağı mahnıların bu qədər populyar olmasında günahı televiziyada gördüyünü bildirib:
“O zamanlar televiziyalarda hər yoldan keçəni efirə buraxmırdılar. Çox ciddi nəzarət vardı. Lakin indi belə deyil”.
Proqramın aparıcısı Zaur Baxşəliyev “O dövrdə “ABBA” kanalında bayağı dediyimiz musiqilərə az kliplər çəkilmişdi?” deyə Elnarəyə sual ünvanlayıb.
Xəlilova isə cavabında “O mahnıları tənqid edən “ABBA” kanalında “Qatıq kliplər” adlı rubrika vardı” sözlərini dilə gətirib.
Aparıcı bu anda “Elə o “Qatıq kliplər” dediklərinizi – “qatıqlaya-qatıqlaya” gəlib populyar edirlər də... İnsan necə populyar olur, “qatıqlaya-qatıqlaya”. Yəni belə populyar olurlar da... Ağılla-başla populyar ola bilmir axı... ” kəlimələri gülərək ifadə edib.
- A-
- A
- A+
Şoutaym
09:42 / 09.11.2023
Bayağılığın günahını televiziyada görən Elnarəyə Zaurdan cavab: ““Qatıqlaya-qatıqlaya” populyar olurlar“ – VİDEO
Hazırda oxunan: Bayağılığın günahını televiziyada görən Elnarəyə Zaurdan cavab: ““Qatıqlaya-qatıqlaya” populyar olurlar“ – VİDEO
Hazırda oxunan: Bayağılığın günahını televiziyada görən Elnarəyə Zaurdan cavab: ““Qatıqlaya-qatıqlaya” populyar olurlar“ – VİDEO
163586
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.