Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, 83 yaşlı sənətkar ailəsi ilə Bakıda “Torqovı” adlanan ərazidə gəzərkən çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Vitorqan sözügedən paylaşıma “Əziz Bakım! Gözəl insanların olduğu, dünyanın ən yaxşı şəhəri! Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, əziz bakılılar. Dünyaya gəldiyim şəhərdə hər zaman xüsusi nəsə var...”, - deyə sözlərini yazıb.
Xatırladaq ki, Vitorqan Bakı səfərində ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında yaradıcılığının 60 illiyinə həsr olunmuş “Həyat davam edir” adlı yeni yubiley solo tamaşası ilə tamaşaçılar qarşısında çıxış edib.
Qeyd edək ki, Emmanuil Vitorqan 1939-cu il dekabrın 29-da Bakıda anadan olub. Aktyor 100-dən artıq bədii filmdə yaratdığı bir-birindən fərqli və maraqlı obrazlarla sənət lövhəsinə imza atıb.
- A-
- A
- A+
Şoutaym
13:03 / 08.11.2023
Əslən bakılı olan Rusiyanın Xalq artisti Vətənə gəldi - VİDEO
Hazırda oxunan: Əslən bakılı olan Rusiyanın Xalq artisti Vətənə gəldi - VİDEO
Hazırda oxunan: Əslən bakılı olan Rusiyanın Xalq artisti Vətənə gəldi - VİDEO
163465
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.