Nazənin: “Yaxşılıq etməyə nifrət edirəm” - VİDEO

Nazənin: “Yaxşılıq etməyə nifrət edirəm” - VİDEO

Hazırda oxunan: Nazənin: “Yaxşılıq etməyə nifrət edirəm” - VİDEO

163325

“Pulnan cibin arasında çox böyük məsafə var. Ürək lazımdır ki, əlini o cibinə salıb, o pulu oradan çıxarasan. İnsanlar var efirə çıxıb filan qiymətə filan şeyi almışam. Amma onlardan biri zəng vurub iki ədəd dərman alıb verməzlər. Bu göstəriş nə üçündür? Bu boşboğazlığı nə üçün edirsiniz? Sizin yaşayışınız, vicdanınız, əxlaqınız nümunəvi olsun”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.  

Sənətçi yaxşılıq edən insanlardan hər zaman zərbə aldığını söyləyib: 

“Bahalı həyat, bahalı yaşayış bunlar geyimdə, üzükdə, saatda görürlər. Belə şeylər etmək olmaz. Az təminatlı ailələr baxır və onlara çox pis təsir edir. Düşünürlər ki, müğənnilər bütün günü “qaz vurub, qazan doldururlar. Bəzi adamlar məni özlərinə dərd ediblər. Nə zaman kimə yaxşılıq etmişəmsə, o insan qalxıb, məni vurmaq istəyib. Buna görə, artıq yaxşılıq etməyə nifrət edirəm. Çəkilmişəm kənara. Evdən mənə çox böyük məsafə qoyulub...”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO