Kərim keçmiş həyat yoldaşı Təranənin uşaqları ilə yaşadığı qalmaqaldan DANIŞDI 

Kərim keçmiş həyat yoldaşı Təranənin uşaqları ilə yaşadığı qalmaqaldan DANIŞDI 

Hazırda oxunan: Kərim keçmiş həyat yoldaşı Təranənin uşaqları ilə yaşadığı qalmaqaldan DANIŞDI 

163244

Müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın övladları və həmkarı Rəqsanə İsmayılova ilə yaşadığı qalmaqalı özünəməxsus şəkildə şərh edib. 

Bizim.Media xəbər verir ki, sənətçi “Space star” maqazin verilişinə müsahibəsində bildirib ki, efir vasitəsi ilə sözügedən qalmaqallı olayı sanki serial imiş kimi izləyir. 

“Kənardan durub, sanki seriala baxıram (Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suelin anasından imtina edərək müğənni Rəqsanə İsmayılovanın yanında qalması məsələsi – red.). İnanıram, yaxşı olacaq, amma yaxşı olmayacaq.
Bunu mən sizə deyirəm. Vaxt gələcək özünüz də bunu görəcəksiniz. Tanıdığıma və bildiyimə görə nə ola bilər, efirdən onlara baxanda deyirəm ki, bu olacaq bundan sonra isə daha nələr olacaq... Vaxtı var, gözləyin”, - deyə Kərim vurğulayıb. Qeyd edək ki, Kərim illər əvvəl Təranə Səmədova ilə ailəli olub və cütlük qalmaqallı şəkildə boşanıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO