Elnarə küsülü olduğu Röya və Səidədən DANIŞDI:

Elnarə küsülü olduğu Röya və Səidədən DANIŞDI: "Onlarla münasibətim yoxdur" - VİDEO 

Hazırda oxunan: Elnarə küsülü olduğu Röya və Səidədən DANIŞDI: "Onlarla münasibətim yoxdur" - VİDEO 

163210

“Var hisslər, var münasibətlər. Hissin olması hələ münasibətin olması demək deyil. Böyüklük göstərib hər zaman hissimi etiraf edə bilirəm. O qabiliyyət var məndə... Heç zaman hisslərimdən çəkinmirəm, utanmıram deməkdən. Gördüyünüz kimi də həmin anda paylaşdım (Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi bir yerdə keçmiş "W-trio" qrupunda ifa etdiyi "Eşq" mahnısını oxuyaraq sosial şəbəkədə Elnarənin adını işarəyələrək yayımlanmışdılar - red.). Həmin paylaşımda hisslərimi də etiraf etdim".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Space star" maqazin proqramına müsahibəsində deyib.  

Sənətçi həmkarları Xalq artisti Röya Ayxan və Səidə Sultanla küsülü olduğu və münasibətlərinin olmadığını etiraf edib: "Röyanın evində Natavanın qonaq olacağından xəbərim yox idi. Bizi də heç zaman bir yerdə görə bilməyəcəksiniz. O qabaqlar idi, deyirdim ki, biz bir araya gələcəyik. İndi isə mən onlarla bir araya gəlmək istəmirəm. Yalan nə deyim, Röya ilə münasibətim yoxdur. Kimsə küsür, kimsə özü küsüb, özü də barışır. Bunlardan isə özüm axırda xəbər tuturam. Mənim heç zamanım da yoxdur belə şeylərlə məşğul olmağa. Səidə ilə də münasibətim yoxdur".  

Qeyd edək ki, Elnarə və Röya arasında qalmaqala səbəb illər əvvəl Xalq artistinin oxuduğu "Mənə sevgindən bəhs et" mahnısı olub. Xəlilova Röyanın mahnısının plagiat olduğuna işarə vuraraq, Uitni Hyusotunun “I have nothing” mahnısını “Instagram” hesabında paylaşmışdı.
Röya “Instagram Story”də Elnarəyə “Məni dindirmə. Qarabağlılara hörmətim var, pozma. Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib. Hara, necə, nə cür olduğunu xırdalamayaq. Onu kənara qoydum. Axı siz hər şeydən xəbərdar, bilikli bir insansınız. Onda Cennifer Lopezi çağıraq və soruşaq ki, niyə mahnısına “Lambada”nı salıb? Tam deyil, amma müəyyən dərəcədə oxşarlıq var. Mərhumun mahnısına bənzəməsi isə mənə şərəfdir. Mən canlı ölüləri hara qoyacam?” sözlərini ünvanlamışdı.  

Elnarə və Səidə Sultan arasında küsülülük isə qarşı tərəfin onu paxıl və kinli adlandırması olub.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO