Onlardan biri ölkəmizi “Avroviziya-2024”də təmsil EDƏCƏK 

Onlardan biri ölkəmizi “Avroviziya-2024”də təmsil EDƏCƏK 

Hazırda oxunan: Onlardan biri ölkəmizi “Avroviziya-2024”də təmsil EDƏCƏK 

163168

Gələn il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçıların seçim turu davam edir. 

Bizim.Media xəbər verir ki, münsiflər heyəti 15 namizəd arasında seçim aparıb və növbəti mərhələyə 6 ifaçı vəsiqə qazanıb. 

Həmin ifaçılar isə “Böyük səhnə” müsabiqəsinin qalibi Emiliya Yaqubova, Mila Miles & İlkin Dövlətov & Etibar Əsədli, Azərbaycanı 2018-ci ildə sözügedən yarışmada təmsil edən Aysel Məmmədova (Aisel), Fahree, Qorqud və Səbinə Quluzadədir. 

Xatırladaq ki, münsif kürsüsündə Xalq artisti Faiq Sücəddinov, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, müğənnilər Nigar Camal, Eldar Qasımov, Aysel Adıgözəlzadə (Teymurova), aparıcı Ranar Musayev kimi məşhurlar əyləşib. 
Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində İsveçin Malmö şəhərində baş tutacaq. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO