Gürcülər Aftandil İsrafilovun mahnısını efirdə erməni bəstəsi kimi təqdim etdilər - FOTO/VİDEO  

Gürcülər Aftandil İsrafilovun mahnısını efirdə erməni bəstəsi kimi təqdim etdilər - FOTO/VİDEO  

Hazırda oxunan: Gürcülər Aftandil İsrafilovun mahnısını efirdə erməni bəstəsi kimi təqdim etdilər - FOTO/VİDEO  

163109

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi “Basqalı” nəğməsi Gürcüstan televiziyasında uşaqlar tərəfindən mahnı kimi oxunub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesabında məlumat yayan Əməkdar artist Bəhram Bağırzadə bildirib ki, sözügedən bəstə gürcü kanalında erməni bəstəsi kimi təqdim olunub. 

““Qonşularımız” heç vaxt sakitləşməyəcək! Onlar artıq hər şeyi - iki dəfə müharibəni, qonşu ölkələrin etimadını, Qafqazın sakinləri adlandırılmaq haqqını və şərəfini itiriblər. Amma bitməmiş ilan kimi hələ də əllərinə düşən hər şeyi öz zəhərləri ilə zəhərləməyə çalışırlar.

Ona görə də mən Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edirəm - zəhmət olmasa, öyrənin, niyə Azərbaycan musiqisi erməni mahnısı kimi təqdim olunur? Bəlkə, gürcü dostlarımız bu musiqinin müəllifinin kim olduğunu sadəcə olaraq bilmirlər? Gürcüstan telekanalının əməkdaşları ilə əlaqə saxlamaq lazımdır ki, əsl bəstəkar Aftandil İsrafilovu göstərsinlər”. 
Qeyd edək ki, Aftandil İsrafilov bu il aprelin 29-da 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı İkinci Fəxri Xiyabanda dəfn olunub. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO