Maksim Qalkin həyat yoldaşı Alla Puqaçova ilə Latviyadan paylaşım etdi - FOTO

Maksim Qalkin həyat yoldaşı Alla Puqaçova ilə Latviyadan paylaşım etdi - FOTO

Hazırda oxunan: Maksim Qalkin həyat yoldaşı Alla Puqaçova ilə Latviyadan paylaşım etdi - FOTO

162995

Rusiyanın məşhur yumoristi Maksim Qalkin yeni paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Rusiyanın Xalq artisti Alla Puqaçova ilə birlikdə Latviyanın Siqulda şəhərində meşəlik ərazisində çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Maksim yayımladığı şəkilə "Bu gün necə də günəşli bir bazardır Siquldada" sözlərini yazıb. Bu paylaşımı ilə Qalkin sosial mediada yayılan Puqaçova ilə ayrılıblar şaiələrinə son qoyub.

Bundan başqa cütlüyün fotoda xoşbəxt poz verməsi isə onların münasibətlərinin yaxşı olmasına işarə vurub.

Xatırladaq ki, Alla Puqaçova bir neçə gün əvvəl Rusiyaya qayıdıb. Müğənninin bu addımı atmasına səbəb Puqaçovanın əlavə vəsiyyətnamə tərtib etmək və övladları Harri və Lizanın bütün qalan sənədlərini götürmək olub.

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb.  
İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb.  


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO