Dədə Süleymanın küçələrdə qalan oğlu: “Bacım atamın mülklərini ələ keçirib” – VİDEO  

Dədə Süleymanın küçələrdə qalan oğlu: “Bacım atamın mülklərini ələ keçirib” – VİDEO  

Hazırda oxunan: Dədə Süleymanın küçələrdə qalan oğlu: “Bacım atamın mülklərini ələ keçirib” – VİDEO  

162854

“Ailəmizin 3 evini bacım mənimsədi. Bacım Aygün mənimlə danışmır. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm. Sülh məqsədlə… Ona vəziyyəti danışmışam. Dedim ki, özümə də bir daxma lazımdır ki, orada qalım. Amma onlar məni təhqir ediblər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır”.  

Bu sözləri ötən ilin oktyabırın 23-də 83 yaşında vəfat edən Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib.

Hazırda acınacaqlı vəziyyətdə küçələrdə yaşayan sənətkarın oğlu bildirib ki, bacısı Aygün Abdullayeva atasının mülklərini ələ keçirib:  

“Rəhmətlik atamdan üç ev qaldı. O üç ev ola-ola hazırda mən küçədə qalıram. Atam vəfat etməzdən əvvəl mənə söylədi ki, sən bacının ərini vurmusan. Götür pencəyini, evi də ver onlara, özün də oradan çıx. Məndə elə etdim. O evin qiyməti isə 200 min manatdır.  

Atam sonra dedi ki, Cənab Prezidentin bağışladığı şəhərin mərkəzində yerləşən evi sənə verəcəyəm. Digər ev Yasamal ərazisində yerləşin. Həyət evidir. Amma onun satılıb və ya kirayə verildiyi haqda məlumatım yoxdur. Çünki atamın vəfatından “40 gün” sonra oradan məni məcbur çıxartdılar.  

Dədə Süleyman özü o evdə yaşayırdı. Mən o evin həyətindəki ağacları əkib, sulayıb, belləmişəm. O evə gedib, atamın iyini almaq istəyirəm. Lakin evin açarını məndən aldıqlarına görə, ora gedə bilmirəm. Mənə ora getməyə qadağa qoyublar”.  

Cümşüdün sözlərinə görə, bacısı Aygün Adbullayeva onu həbsdən sonra məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirib:  

“Atam vəfat etməzdən əvvəl qaynımı bıçaqladığıma görə, həbsə düşdüm. Ona bir bıçaq vurmuşdum. Aygün məni məcburən psixiatriya xəstəxanasına yerləşdirdi. Bacım xəstəxanaya zəng vurub söylədi ki, qardaşım yəni mən guya özümü normal aparmıram. Bunu isə onlardan pul və ev istədiyimə görə etdi. Onlarla dalaşmadım. Üstümə böhtan atdılar ki, guya mən onları təhqir etmişəm”.  

Sənətkarın oğlu bildirib ki, bacısı Aygün Abdullayeva dövlət başçısının ataları Dədə Süleymana sağlığında şəhərin mərkəzində bağışladığı evin onun vasitəsi ilə etibarnaməsini alaraq öz adına keçirib:  

“Kürdəxanada, həbsdə olanda bacım zəng vurub ağlayaraq məndən Cənab Prezidentin atama bağışladığı evin etibarnaməsini istədi. Dedi ki, “zəng vur atama ondan həmin evin etibarnaməsini mənə verməsini istə”. Bacım şəxsən özü atama zəng vurub bunu deyə bilmirdi. Ona görə ki, atam Dədə Süleyman bacımı 20 il danışdırmayıb. Çünki o gələcək həyat yoldaşına qoşulub qaçmışdı. Bacım söylədi ki, atamız yaşlı kişidir. Ona-buna mülk paylayır. Birdən götürər bu evi də kiməsə verər”.  

Hazırda bacısı və onun ailəsi ilə düşmən münasibətdə olduğunu söyləyən sənətkarın oğlu vurğulayıb ki, onlar heç bir evi ona vermək istəmirlər:  

“Aygünün əri məmurdur. Onun da çox yaxşı imkanları var. Amma düşünürəm ki, bacımın bu evi ələ keçirməsi onun harınlaması ilə əlaqədərdir. Bunu belə başa düşürəm. Onun əri bələdiyyə sədridir”.  

Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.
Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb. 2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO