Efirdə ərinin başqa qadınla evləndiyini bildi, qayınanası ilə DAVAYA ÇIXDI - VİDEO 

Efirdə ərinin başqa qadınla evləndiyini bildi, qayınanası ilə DAVAYA ÇIXDI - VİDEO 

Hazırda oxunan: Efirdə ərinin başqa qadınla evləndiyini bildi, qayınanası ilə DAVAYA ÇIXDI - VİDEO 

162805

ATV kanalında yayımlanan "Bizimləsən" ictimai-sosial verilişinin canlı efirində növbəti dəfə qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, proqrama pənah gətirən Arzu adlı qadın qayınanası ilə davaya çıxıb.

Buna səbəb həyat yoldaşının bir neçə həftədir evdən getməsi olub. Arzunun qayınanası proqramda bildirib ki, oğlu başqa qadınla evlənib:

"Oğlum həmin qızı sevmədi. Qız sevdi, gəldi oğlumla ailə qurdu. Mən oğlumun nə birinci, nə ikinci həyat yoldaşının qapısına gedib, onunla evlənməyi xahiş etməmişəm". 

Bunu eşidən gəlin verilişin canlı efirində hiddətlənərək, üsyan edib. Əsəblərinə hakim kəsilə bilməyən gəlin qayınananın üstünə qışqıraraq, bu məsələdə onu günahkar çıxarıb:

"Veriliş bitəndən sonra mən gedəcəyəm o qızın yanına. Xeyr ola, ailəmi dağıdır. Hansı səbəbdən o qız mənim ailəmi dağıdır. Hansı falçının yanına getmisən? (Qayınanasını nəzərdə tutur - red.) Hansı əməllər eləmisiniz? Mən nə edim sizin üçün? Niyə mənə pislik edirsiniz? Niyə məni pozğun kimi tanıtdırmısınız? Cavab verin mənə".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO