Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova əkiz övladları Harri və Liza ilə birgə İsraildən qaçaraq, Kiprə köçüblər.
Bizim.Media "Baza" nəşrinə istinadən xəbər verir ki, estrada ulduzu gizlincə Rusiyaya geri dönüb.
Məlumatda bildirilib ki, bu gün axşam saatlarında Primadonna Pskov vilayətindəki sərhəd-keçid məntəqəsindən Rusiyaya daxil olub. Nəşrin yazdığına görə, Alla Borisovna üzünü şərflə gizlədib və tək gəlib. Yumorist əri Maksim Qalkin isə onun yanında olmayıb.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və iki övladı ilə bərabər Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək, İsrailə köçüblər. Onların hətta İsrail vətəndaşlığı aldığı ilə bağlı xəbərlər də yayılmışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:47 / 02.11.2023
Alla Puqaçova gizlincə Rusiyaya QAYITDI
Hazırda oxunan: Alla Puqaçova gizlincə Rusiyaya QAYITDI
Hazırda oxunan: Alla Puqaçova gizlincə Rusiyaya QAYITDI
162650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.