Demet Akalın:

Demet Akalın: "Eyni saat və üzüyü taxdığım üçün utanıram" - VİDEO

Hazırda oxunan: Demet Akalın: "Eyni saat və üzüyü taxdığım üçün utanıram" - VİDEO

162647

Hər zaman orfoqrafik səhvləri, sosial media paylaşımları və mahnıları ilə gündəmdə olan Türkiyənin qalmaqallı müğənnisi Demet Akalın bu dəfə açıqlamaları ilə sosial mediada müzakirələrə səbəb olub.  

Bizim.Media xəbər verir ki, sənətçinin TV8-də yayımlanan "Demet və Jess'le Danışaq" verilişindəki açıqlamaları müzakirə predmetinə çevrilib.

İqtisadi böhrana toxunan və çətin günlər keçirdiyimizi deyən Akalın bahalı əşyalardan istifadə etməkdən utandığını da dilə gətirib:

''Mən alış-verişlə maraqlanan insanam. İki çamadanla İtaliyaya getdim, iki çamadanla qayıtdım. Artıq belə bir dövr deyil. İnanın, indi bu saatı, bu üzüyü taxdığım üçün utanıram. İndi iqtisadi böhran var".  

Demet həmçinin qızı Hira üçün aldığı gəlinciyin  qiymətini də açıqlayıb. Akalın bu yaxınlarda qızı üçün 25 min lirəlik (təxminən 1500 manat) gəlinciyi endirimlə 10 min lirəyə (təxminən 600 manat) aldığını bildirib:

"Dünən Hiraya gəlincik aldım. Satıcı dedi “25 min lirə olan oyuncaq sənə 10 min olar”. Amma ona bu oyuncağı aldımsa 2 ay ona heç nə almıram".  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO