Müğənni Talıb Tale nişanını qaytarma səbəbindən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində nişanlısı ilə aralarında sevginin olmadığını və buna görə ayrıldıqlarını bildirib.
“Sevgi yox idi? Nişanı qaytarmağının səbəbi sevgisizlik idi? Barışıq ola bilər" sualına Talıb "Sevgisizlik olub. Onunla bağlı heç bir məlumatım yoxdur. Barışıq ola bilməz”, - deyə cavab verib.
Tezliklə ailə qurmaq istədiyini dilə gətirən müğənni artıq namizədinin də olduğunu etiraf edib:
“42 yaşım var. Evlənmək üçün mənə yaxşı qız lazımdır. Bir nəfər var, düşünürəm. Uzaq qohumumdur. Niyə də 20 yaşlı xanımla evlənməyim ki? Görünüşə baxmıram. Amma əsas kök yox, arıq olsun. Çox diqqət istəməsin. Diqqət tələb etmək mənim diqqətsizliyimə səbəb olar. Aktiv, dünyagörüşü olan xanımı xoşlayıram. Passiv birini sevmirəm. İnstaqramı da, TikTok-u da ola bilər, amma çərçivədə. Sevgi ilə ailə quranlar var ki, ayrılıb. Məntiqlə ailə quranlar var ki, indi xoşbəxtdirlər”.
- A-
- A
- A+
Şoutaym
13:54 / 02.11.2023
Talıb Tale buna görə nişanını geri qaytarıb – VİDEO
Hazırda oxunan: Talıb Tale buna görə nişanını geri qaytarıb – VİDEO
Hazırda oxunan: Talıb Tale buna görə nişanını geri qaytarıb – VİDEO
162583
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.