Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera və vokal ifaçısı Anna Netrebko görünüşü ilə görənləri heyrətləndirib.
Bizim.Media xəbər verir ki, 52 yaşlı sənətçi yaşadığı Vena şəhərində rəfiqələri ilə birgə “Halloween” bayramına cadugər obrazında qatılıb.
Məşhur qorxunc obrazda çəkdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. İzləyicilər Netrebkonun cadugər obrazını ona çox yaraşdığını yazıblar.
Anna paylaşımına “Gözəl cadugərlər dünən şəhərin üzərindən uçdular” sözlərini yazıb.
Anna Netrebkonun cadugər obrazında lentə aldığı fotoları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media