Əminə Şirin: “Müğənnini söyürlər, sonra da 15 min verib övladının toyuna çağırırlar”

Əminə Şirin: “Müğənnini söyürlər, sonra da 15 min verib övladının toyuna çağırırlar”

Hazırda oxunan: Əminə Şirin: “Müğənnini söyürlər, sonra da 15 min verib övladının toyuna çağırırlar”

162448

“Elçi hayında deyiləm. Elçi, gəlinlik paltarı və toyla ailə həyatı qurdum, quranlar da mənim kimi çox oldu. Amma sonu nə oldu... Əgər daxili xoşbəxtliyini qarşında duran insandan ala bilmirsənsə, davul, səs-küylü toy və gəlinlik paltarı geyinəndən sonra evə gedib, ağlayacaqsansa və ya 1-2 aydan sonra anlayacaqsan ki, bu, sənin axtardığın insan deyil, bunlara nə ehtiyac var?” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi sevgi münasibətində olduğu şəxsdən söz açıb: 

“Həyatımda sevdiyim və münasibətdə olduğum kişi var. Tam ciddi münasibətlərimiz var. O insanla rəsmi nikahda olanlardan qat-qat xoşbəxt münasibətim var”. 

Əminə bir necə il əvvəl Əməkdar artist Elnarə Abdullayevanın söylədiyi “Övladıma müğənni qız almaram” fikirlərinə münasibət bildirib: 

“Deyirlər ki, müğənni qız almaram və ya müğənni ilə qızımı evləndirmərəm. Müğənninin nəyi var nəyi yoxdur, savabı gizlində, günahı aşkarda. Hər bir insan arxaya baxıb öz keçmişini yada salıb, etdiyi səhvləri, nöqsanları nəzərdən keçirsə, oturub o müğənninin həyatını müzakirə etməz. Biz müğənnilərin o qədər problemi, borcları var ki... Amma yenə də tamaşaçıların qarşısına keçəndə içimizdə olan neqativləri boğub, pozitivi ötürməyə çalışırıq. Bizim sənət adamlarının qədrini bilmək lazımdır”. 

Ə.Şirin həmçinin vurğulayıb ki, bir sıra şəxslər söydüyü müğənniyə 15 min pul verib toylarına dəvət edirlər: 

“Çoxları əvvəlcə müğənniləri söyür, sonra sevir. Söyürlər, 5-6 il keçəndən sonra 10-15 min manatından keçir ki, təki filan müğənni gəlib övladımın toyunda çıxış etsin. Bəs söyürdün? Kənarda müğənnini söyür, amma görəndə yaxınlaşıb şəkil çəkdirir. Həmin şəkli də “Instagram”da səhifəsində paylaşır”. 

Qeyd edək ki, Əminə Şirin illər əvvəl evli olduğu Kazım Canla qalmaqallı şəkildə ayrılıb.

Müğənni müsahibələrində “Evləndiyim insan cəzaçəkmə müəssisəsində məhbus idi. Toyum həbsxanada olub. Gəlinlik libası geyinmişdim. Qızım isə hələ də atasının soyadını daşıyır” sözlərini dilə gətirmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO