Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlü xəstəxanaya yerləşdirildi – FOTO 

Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlü xəstəxanaya yerləşdirildi – FOTO 

Hazırda oxunan: Onkoloji xəstəlikdən əziyyət çəkən Gülbahar Şükürlü xəstəxanaya yerləşdirildi – FOTO 

162440

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhəti yenidən pisləşib. 

Bizim.Media xəbər verir ki, bu haqda aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. 

Hacı Nuran bildirib ki, qarmon ustadı xəstəxanaya yerləşdirilib:

“Neçə müddətdir ki, əsrin bəlası olan xərçəng Gülbahar Şükürlünü yatağa salıb. Kimyaterapiya alan sənətkar hər fürsətdə həyata tutunub, ruhdan düşməyib. Bu gün səhhəti onu sınağa çəkir. Sənətkar xərçənglə mübarizə aparır ”. 

G.Şükürlünün səhhəti ilə bağlı xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı onunla əlaqə saxlayıb. 

Lakin sənətçi zəngləri cavabsız qoyub. 

Qeyd edək ki, ötən həftə Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb. Qarmon ustadı şişin ölçülərinin kiçik olduğundan əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO