Elnarə Abdullayeva: “Heç kim məni pulsuz məclislərə çağırmasın” – VİDEO 

Elnarə Abdullayeva: “Heç kim məni pulsuz məclislərə çağırmasın” – VİDEO 

Hazırda oxunan: Elnarə Abdullayeva: “Heç kim məni pulsuz məclislərə çağırmasın” – VİDEO 

162403

“Uşaqlarım vaxtaşırı ana görmədilər. Ananın yeməklərinə taraz qaldılar. Evdə oldum ki... Yazıq uşaqlar. Elə o tədbirə qaç, bu məclisə qaç. Nəisələr çoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Zamanının azlığından şikayətlənən sənətçi bildirib ki, havayı, pulsuz heç bir məclislərə getmir: 

“Lazımlı, lazımsız məclislərə getməkdən öldüm (Lazımsız, yəni pulsuz məclisə getməyini nəzərdə tutur – red.). Evdə qalıb iş görməyi o qədər sevirəm ki... Amma heç nəyə vaxt yoxdur. Əslində, vaxt var, sadəcə sənin zamanını başqası xərcləyir. Kimsə zəng edib məni harasa çağıranda deyirəm ki, zamanım yoxdur.

Həmin şəxs isə cavabında deyir ki, nə oldu elə bir dəfə sizə söz dedim, siz isə zamanımın olmadığını deyirsiniz. Amma onlar başa düşmürlər ki, ondan başqa o qədər dəvətlər alıram ki... Gündə də bəzənib-düzənməkdən zəhləm gedir. Bəzənmək adı gələndə isə elə bil, məni orbitimdən çıxarırlar. Kişilərə nə var ki, geyinirlər kostyum-şalvarı gedirdilər.

Amma biz xanımlar gərək bəzənək-düzənək. Evdən çölə nə qədər yalandan çıxmaq olar. Bir dəfə də o qədər məni dondan çıxardılar ki, dedim ki, birdə məni heç kim havayı, pulsuz heç yerə çağırmasın. Mənim 15 yaşım yoxdur.
Özümün o qədər ev, ailə problemlərim, qayğılarım var ki... Dırnaqlarımı düzəltməyə, başıma boya belə qoymağa imkan vermirlər. İnsanı nə qədər dəvətlərə çağırırlar. İmkan vermirlər ki, ailəyə yaxın olasan, ev işlərini yoluna qoyasan”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO