Məşhur fitnes məşqçisi Kamil Zeynallı efirdə göz yaşlarına qərq olub.
Bizim.Media xəbər verir ki, buna səbəb Kamilin qızı Sahilə ilə bağlı dilə gətirdiyi arzular olub.
Kamil bildirib ki, yarışa qatılanda övladından icazə alıb:
“Allah heç bir övladı atasız böyütməsin. Mən bu həyatda övladım Sahiləyə görə, yaşayıram. Bütün uğurlarım, hər bir şey övladıma görədir. Allah heç bir övladı qarşısında başı aşağa etməsin. Verilişə gələndə də qızım
Sahilə ilə danışdım. Dedim ki, verilişə çıxacağam. Cavab verdi ki, ata, uğurlar.
Yarışa çıxanda da qızımdan icazə almışdım. 11 yaşı var, amma yenə də ondan icazə almışdım. Hətta yarışda qalib seçiləndə də gözüm zalda onun axtarırdı. Onun sevincini gördüm. Özümü zorla sıxdım, saxladım. Qələbə çaldığımda qızım anamla zalda idilər. Sahilə ən yaxın dostum, sirdaşımdır. Allah onu mənə, məni də ona çox görməsin. Allah onun toyunu anama qismət eləsin”.
- A-
- A
- A+
Şoutaym
09:20 / 01.11.2023
Qızından danışan Kamil Zeynallı efirdə AĞLADI - VİDEO
Hazırda oxunan: Qızından danışan Kamil Zeynallı efirdə AĞLADI - VİDEO
Hazırda oxunan: Qızından danışan Kamil Zeynallı efirdə AĞLADI - VİDEO
162370
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.