Gülyanaq Məmmədova: “Bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq”

Gülyanaq Məmmədova: “Bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq”

Hazırda oxunan: Gülyanaq Məmmədova: “Bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq”

162001

“Bugünkü Musiqi Forumu münasibətilə mən bütün incəsənət xadimlərini təbrik edirəm. Bizim musiqilərimizdəki problemlərin aradan qaldırılması, daha da inkişafı üçün belə bir Forumun keçirilməsi vacibdir. Üç gün davam edən bu Forumda mən düşünürəm ki, bəzi məsələlər gündəmə gələcək və bizim dövlətimiz, Mədəniyyət Nazirliyi tərəfindən nəzərə alınacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Musiqi Formunda “Qafqazinfo”ya açıqlamasında Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova deyib.

“Bu gün gündəmdə olan, bayağı musiqiləri aradan çıxartmağa çalışmalıyıq. Bəzən bayağı mahnıların yayılmasında televiziya kanallarını günahlandırıram. Ona görə də biz bir çox verilişlərdən çəkilirik. Biz çəkildikcə onlara yer verilir”, - sənətçi əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO