Ötən ay qəfil dünyasını dəyişən müğənni Emil Rəhmanovun məzar daşı qoyulub.
Bizim.Media xəbər verir ki, bu haqda mərhumun həyat yoldaşı Sabrina Emilin sosial şəbəkə hesabında məlumat verib.
Sabrina bildirib ki, bu gün vəfatından 40 gün keçən həyat yoldaşının məzar daşı qoyulub. O, məzarlıqdan həmin görüntüləri paylaşaraq bu sözləri yazıb:
"Bu gün Emil Rəhmanovun 40 mərasimi olduğundan, onun məzarını ziyarətə getdik. Allah rəhmət eləsin".
Qeyd edək ki, Emil Rəhmanov 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.
Rəşad Əliyev, Bizim.Media