Azərbaycanlı dizayner Adam Yunisov adını Türkiyə tarixinə yazıb.
Bizim.Media xəbər verir ki, dizayner bu il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibəti ilə loqo hazırlayıb.
Sözügedən loqo isə qardaş ölkə Türkiyə tərəfindən rəsmi loqo kimi qəbul olunub. A.Yunisov ərsəyə gətirdiyi əlamətdar layihə ilə bağlı sosial şəbəkə hesabında post yayımlayıb.
Dizayner paylaşımına “Karyeramın ən uğurlu və qürurverici işlərinin başına “Türkiyə Cümhuriyyəti 100-cü il loqosu” ilə imza atdığımı düşünürəm. Loqonun həyatımın yarısından çoxu olan 26 ilini yaşadığım doğma Türkiyə tərəfindən rəsmi tanınması mənim üçün daha da qürurvericidir. Əminəm ki, dizaynla məşğul olan hər kəsin çatmaq istəyəcəyi bir zirvəni yaşadım. Bir daha belə bir qürur üçün gərək 100 il daya yaşayam” sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:32 / 27.10.2023
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü loqosunu HƏMYERLİMİZ HAZIRLADI - FOTO
Hazırda oxunan: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü loqosunu HƏMYERLİMİZ HAZIRLADI - FOTO
Hazırda oxunan: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü loqosunu HƏMYERLİMİZ HAZIRLADI - FOTO
161800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.