Nazilədən psixoloqa ETİRAZ: “Ərim 700 manat maaş alırsa, mənə necə 3 minlik telefon alsın?” – VİDEO 

Nazilədən psixoloqa ETİRAZ: “Ərim 700 manat maaş alırsa, mənə necə 3 minlik telefon alsın?” – VİDEO 

Hazırda oxunan: Nazilədən psixoloqa ETİRAZ: “Ərim 700 manat maaş alırsa, mənə necə 3 minlik telefon alsın?” – VİDEO 

161772

Psixoloq Əfsanə Rüstəmovanın “Günə son” ictimai-sosial verilişində söylədiyi “Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var. Əgər mənim 3000 min manatlıq telefon kimi emosional bir ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi şansım var” fikirləri cəmiyyətdə və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Bizim.Media xəbər verir ki, şairə Nazilə Səfərli qalmaqallı məsələyə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlama ilə reaksiya bildirib. 

“Emosional tələbatın içində məbləğ yoxdur. Axşamdan bəri psixologiyamızı körlamısan, ay qız. Ərim təxminən 700 manat maaş alır. O, bu maaşla mənə necə 3000 manatlıq telefon alsın? Bəsdir, xalqın ailəsini bu fikirlərinlə dağıtma. Buna bax bir. Axşamdan bəri başımı xarab edib... Yekə qızsan. Gündəmə düşmək istəyirsənsə, min dənə yol var. Zəng vur, başa salaq. Emosional tələbat imiş”. 

Qeyd edək ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Ə.Rüstəmovanın qalmaqallı fikirlərinə sərt şəkildə etiraz edib.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO