Aygünün mahnısına klip çəkdirən Ayan efirdə AĞLADI – VİDEO 

Aygünün mahnısına klip çəkdirən Ayan efirdə AĞLADI – VİDEO 

Hazırda oxunan: Aygünün mahnısına klip çəkdirən Ayan efirdə AĞLADI – VİDEO 

161764

Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın repertuarında hit olan “Ayağıma dəyən daşlar” mahnısını ifa edib və klip çəkdirib. 

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı qonaq olduğu “Xəbər ətər” verilişində söz açıb. 

Babakişiyeva sözügedən bəstənin “hallalığını” Kazımovaya zəng edərək, aldığını bildirib: 

“Aygün Kazımovaya zəng vurdum. Ona söylədim ki, diva, bu mahnını oxumaq istəyirəm. Uzun müddətdir ki, bu mahnını sevirəm, bəyənirəm. Nə deyirsiniz? Aygün xanım isə cavabında “Çox gözəl mahnıdır və seçimin də əladır. Sənə nə lazımdır, mən tərəfdən?” söylədi. Onun bu sözlərini eşitmək isə mənə kifayət idi”. 

Verilişin gedişatında Ayan “Bu mahnını sevərək, yaşayaraq tamaşaçılara təqdim edirəm. Çünki mənim üçün ayağıma dəyən daşlar... (ağlayır) Bir mahnını ifa edirsən və onu təqdim edəndə sənin yaşam dönəminə gəlib üst-üstə düşür... Gəlib o dönəmə sirayət edir. Məndə hər zaman belə olur. Bir mahnını oxuyuram, təqdim etməyə hazırlaşıram və elə bir ana gəlib çıxır, deyirsən ki, mən axı belə deməmişdim, belə olmalı deyildi. Biz daş-daş desək, o daşlar önümüzdən çəkilməyəcək.
Ona görə də o daşları biz daş-qaşa çevirməliyik” sözləri ilə göz yaşı içində hisslərini və duyğularını ifadə edib. 

Ayan daha sonra bildirib ki, “Ayağıma dəyən daşlar” mahnısına çəkilmiş klip ona 10 min manata başa gəlib. Müğənni ekran işinin rejissorluğunu “Delee” Orucluya həvalə edib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO