Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyeva ad günündən sonra Misirə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, minlərlə turistin axın etdiyi Şarm-Al-Şeyx şəhərində istirahət edən Pərvin çimərlik geyimində dəniz sahilində fotolar çəkdirib.
Həmin şəkilləri isə Abıyeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Pərvin paylaşımına “Tətil zamanı çox şəkil çəkdirib, az paylaşıram. Çünki bütün fikrimi tətilimə verirəm. Yolunuz Misirə mütləq düşsün, amma çalışın aldanmayın” sözlərini yazıb.
Yaxın rəfiqəsi ilə aktrisa yollunu sirlərlə dolu və ticarət mövqeyinə malik, Dünya Mədəniyyət Mirasına daxil edilən Nəbatilər dövlətinin paytaxtı Petra şəhərindən salıblar.
Sıldırım qayaların ərazisini gəzib dolaşan Pərvin izləyicilərinə məkanın görüntülərini çəkərək səhifəsində yayımlayıb.
Pərvin Abıyevanın Misir və İordaniya səyahətindən çəkilən foto və videolarını sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media