Alla Puqaçova Maksim Qalkindən AYRILIB?

Alla Puqaçova Maksim Qalkindən AYRILIB?

Hazırda oxunan: Alla Puqaçova Maksim Qalkindən AYRILIB?

161575

Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, yumorist Maksim Qalkinin boşanması ilə bağlı xəbərlər yayılıb. 

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb rus estradasının divasının  xarici agent ərinin Polşada qastrol çıxışı olub. 

Belə ki, Varşavada çıxışı zamanı o, “Sevgi bitdi, hər şey bitdi...” sözləri ilə mahnı oxuyub. İctimaiyyət güman edir ki, bu yolla komediyaçı Alla Borisovna ilə evliliyindəki problemləri etiraf etmiş olub. Üstəlik, uzun müddətdir ki, onların münasibətlərində problemlərin olması ilə bağlı şayiələr dolaşır. 

Xatırladaq ki, Maksim Qalkin Avropada qastrol səfərlərindədir. Hazırda Alla Puqaçovanın beşinci ərinin Londonda olduğu bildirilib.
Qeyd edək ki, 74 yaşlı Xalq artisti xaricdəki köçəri həyatdan bezib. Bir il əvvəl o, azyaşlı uşaqları Liza və Harri ilə birlikdə Rusiyadan İsrailə qaçmalı olub. Bir həftə əvvəl sənətçi övladları ilə Kiprə köçüb.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO