Corcina bahalı “look”u ilə sevgilisi Kriştianonu izləməyə gəldi - FOTO  

Corcina bahalı “look”u ilə sevgilisi Kriştianonu izləməyə gəldi - FOTO  

Hazırda oxunan: Corcina bahalı “look”u ilə sevgilisi Kriştianonu izləməyə gəldi - FOTO  

161559

Ötən axşam dünya futbolunun əfsanəvi oyunçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez Səudiyyə Ərəbistanında idmançının “Əl Nəsr” komandasına dəstək verdikdən sonra futbol meydançasına çıxıb. 

Bizim.Media xəbər verir ki, 2016-cı ildən 38 yaşlı futbolçu ilə münasibətdə olan 29 yaşlı model oyuna “Guess” markalı dar cins şalvar, sarı köynək və “Le Silla” idman ayaqqabısında sevgilisini dəstəkləməyə gəlib. 

Corcina 115.000 funt sterlinq (təxminən 237 000 manat) dəyərində olan mavi timsah “Birkin” çantası ilə tamamlanıb. Corcina mikrobloqunda matçdan bir sıra şəkillər paylaşaraq sözügedən postun altına “Biz #ailə qazandıq” qısa şərhini yazıb. 

Bir müddət əvvəl Ronaldonu azarkeşlərə qarşı nalayiq jestinə görə həbs etməyə və Səudiyyə Ərəbistanından deportasiya etməyə çağırıblar. 

Maraqlıdır ki, Səudiyyə Ərəbistanı hakimiyyəti futbolçunu əvvəllər yerləşdirib və yerli qanunlara baxmayaraq, onun rəsmi həyat yoldaşı olmayan Corcina ilə eyni evdə yaşamasına icazə verib. Ronaldo və Rodrigez hələ də münasibətlərini qanuniləşdirməyiblər. Baxmayaraq ki, cütlüyün artıq iki övladı var və birlikdə Kriştianonun üç övladını - əkizlər Eva və Mateo və oğlu Kristiano Jr-ı böyüdürlər. 












Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO