Kəmalə özünə saxta toy edib? - “Bəy kürsüsündə əyləşən oğlumun atası deyil” – VİDEO 

Kəmalə özünə saxta toy edib? - “Bəy kürsüsündə əyləşən oğlumun atası deyil” – VİDEO 

Hazırda oxunan: Kəmalə özünə saxta toy edib? - “Bəy kürsüsündə əyləşən oğlumun atası deyil” – VİDEO 

161419

Müğənni Kəmalə Nəsibovanın saxta toy etməsi üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

Proqramın aparıcısı Zaur Nəbioğlu “Bizə faktlarla xəbər çatıb ki, Kəmalə Nəsibova özünə saxta, qurma toy edib” sözlərinə Kəmalənin reaksiya belə olub: 

“Həyatda mən saxta insan deyiləm. Səmimi insanam. Oğlumun atası belə məsləhər görüb. Yəni toyum saxta olmayıb. Amma düzəliş olub. Belə ki, toyda bəy kürsüsündə əyləşən həmin şəxs mənim həyat yoldaşım olmayıb. Toyum 20 yaşımda olub. Uşaq olmuşam. Oğlumun atası məni o qədər sevirdi ki... O elə məsləhət görüb. Bu haqda isə ətraflı danışmaq istəmirəm. Amma toyda saxtalıq olmayıb. Xalq artistlərinin iştirakı ilə məclis keçib.

Oğlum nikahlı dünyaya gəlib. O qədər düşmənlərim var ki... Həyatda o qədər yaxşı insanam. Pis qadın deyiləm. Məni canlı efirdə vurmaq üçün kimlərsə bunu edir. Amma nə üçün məni vururlar, bunu bilmirəm. Mən oğlumun atası ilə yaşayıram. Oğlumun atası bizə baxır. Sizə səhv məlumat veriblər, toyum saxta olmayıb. Bəy kürsüsündə oturan şəxs övladımın bioloji atası deyil”. 

Verilişin gedişatında aparıcı “Həmin oğlanı bəy kürsüsündə əyləşmək üçün 2107 markalı avtomobilinizi satıb, ona pul vermisiniz? Düzünü deyin...” deyə müğənniyə sual ünvanlayıb.

Nəsibova isə gərginləşərək “Belə bir hadisələr hər bir insanın başına gəlir. Allah insanı imtahana çəkir. Bu da imtahan deyildi. Sizə tam məlumat verməyiblər. Həmin bəylə yaşamamışam. Oğlumun atası ilə yaşamışam.

Belə məsləhət olunub. Toyum olanda Milli Konservatoriyada oxuyurdum. 20 yaşım vardı, uşaq idim. Nə bilim, nə hayda olmuşam. O avtomobili isə satmamışam.

Elə açarlarını birbaşa həmin bəyə vermişəm. Mən oğlumun atası ilə “Əsli Kərəm” olmuşam. Onun valideynləri isə icazə verməyiblər ki, biz evlənək. Biz evlənəndə oğlumun atası da subay olub. Övladımın atasının kim olmasını da heç kim heç zaman bilməyəcək. O məsələlər mənə aiddir. Oğlumun atası ancaq ona baxır. Onun təhsilinin və gündəlik xərclərini ödəyir” –deyə o, qalmaqallı ailədaxili məsələyə aydınlıq gətirib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO