Bloger helikopterlə göydən 1 milyon dollar SƏPDİ – VİDEO 

Bloger helikopterlə göydən 1 milyon dollar SƏPDİ – VİDEO 

Hazırda oxunan: Bloger helikopterlə göydən 1 milyon dollar SƏPDİ – VİDEO 

161328

“Kazma” ləqəbi ilə məşhurlaşan çexiyalı bloger və iş adamı Kamil Bartoşek atdığı ağılasığmaz addımı ilə dünya mətbuatının gündəminə səs salıb. 

Bizim.Media xəbər verir ki, Kamil 1 milyon dollar (təxminən 1,7 milyon manat) uduşu olan lotereya təşkil edib. 

Lakin sözügedən lotereyada həmin məbləği udan olmayıb. Bundan sonra bloger 1 milyon dolları bir konteynerə yerləşdirib və onu helikopter ilə göyə qaldırıb.

Pul mükafatını qazanmaq üçün 100.000 iştirakçı yer alıb. Onlar səhər saat 06:00 radələrində pulun helikopterdən atılacağı yer haqqında mesaj alıblar. İştirakçılar meydana toplanıb və 1 milyon dollar göydən yerə səpilib. İnsanlar daha çox pul yığsın dəyə bir-biri ilə mübarizə aparıblar. Həmin ərazi isə mübarizə meydanına çevrilib. 

Həmin görüntüləri sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO