ATV-nin efirində saxta evlilik ŞOUSU - Aparıcılar Rəvan Qarayevi rəqqasə ilə evləndirmək istədilər - VİDEO

ATV-nin efirində saxta evlilik ŞOUSU - Aparıcılar Rəvan Qarayevi rəqqasə ilə evləndirmək istədilər - VİDEO

Hazırda oxunan: ATV-nin efirində saxta evlilik ŞOUSU - Aparıcılar Rəvan Qarayevi rəqqasə ilə evləndirmək istədilər - VİDEO

161290

“Rəngarəng səhər” verilişinin aparıcısı Zaur Nəbioğlu efirdə qonaq olan müğənnilər Elşad Qarayev və oğlu Rəvan Qarayevi çətin vəziyyətə salıb. 

Bizim.Media xəbər verir ki, Zaur canlı yayıma gəlin paltarında, üzü fata ilə örtülmüş xanımı studiyaya gətirərək, Rəvanla evlənəcəklərini bildirib.  

Bu anda isə “ata-bala” oturduqları yerdə heyrətdən donub-qalıblar. Xanım bildirib ki, barmağındakı tək qaş üzüyü ona Rəvan alıb və “Mən Rəvanı sevirəm, o da məni sevir.

Bizə də heç kim, eləcə də Elşad müəllim manə ola bilməz. Elşad müəllim niyə bizim evlənməyimizə narazı olmalıdır ki? Rəvanın da, mənim də övladım var. Bu isə bizim evlənməyimizə əngəl ola bilməz” sözlərini dilə gətirib. 

Rəvanın atası bu izdivaca “yox” deyərək, fikirlərini belə davam etdirib: 

“Bu evliliyinə tamamilə narazıyam. Xanımın üzünü görməliyəm, görüm kimdir, nəçidir... Belə sarı saçla gəlin alırlar?”. 

Daha sonra Rəvan xanıma yaxınlaşaraq “Bu insanı çox sevirəm, ona hörmət edirəm” sözlərini söyləyib.  

Bundan sonra Elşad Qarayev ayağa qalxaraq “Mən elə bildim ki, mahnı oxuyacağam, amma bu mövzuları gördükdən sonra...” studiyanı tərk edib. 

Daha sonra həmin xanımın səsindən “Rusalka” ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Aygünün olduğu müəyyən olunub. Lakin onun kimliyi verilişdə açıqlanmayıb. Proqramın gedişatında bu məsələnin verilişin heyəti tərəfindən quraşdırılmış şou olduğu üzə çıxıb.  
Xanım Rəvanın əlini qoluna əlini qoyaraq, studiyanı onun müşaiəti altında tərk edib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO